AZ

"ABŞ İranla müharibə aparmır -Spiker

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson ABŞ-nin İranla müharibə aparmadığını bildirib.

Redaktor.az "The Hill" qəzetinə istinadən xəbər verir ki, Conson bu barədə açıqlamasında danışıb.

Məlumata görə, o, aktiv hərbi əməliyyatların gözlənilmədiyini vurğulayıb və hazırda sülh prosesində vasitəçilik etməyə çalışdıqlarını qeyd edib.

Conson deyib: “Düşünmürəm ki, aktiv hərbi bombalama, atəş və ya bu kimi bir şey olacaq. Hazırda sülh prosesində vasitəçilik etməyə çalışırıq”.

ABŞ Prezidentinin Konqresin təsdiqi olmadan hərbi əməliyyatlar apara biləcəyi 60 günlük müddətlə bağlı suala isə spiker belə cavab verib: “Biz müharibə vəziyyətində deyilik”.

Qeyd olunub ki, bu açıqlama ABŞ-nin regiondakı siyasəti ilə bağlı müzakirələr fonunda diqqət çəkib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
31
1
redaktor.az

2Mənbələr