AZ

ABŞ-də məktəbə hücum zamanı altı nəfər yaralanıb

Vaşinqton ştatının Takoma şəhərində orta məktəb şagirdi bıçaqla hücum edib, yaralılardan beşi məktəbli, biri isə təhlükəsizlik əməkdaşıdır...

Poliqon xəbər verir ki, ABŞ-nin Vaşinqton ştatının Takoma şəhərində yerləşən orta məktəbdə bıçaqlı hücum nəticəsində altı nəfər yaralanıb. Bu barədə New York Post qəzeti yerli yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Polisin verdiyi məlumata görə, məktəblilərdən biri bıçaqla hücum edib. CBS News telekanalının məlumatına əsasən, yaralananlardan ən azı dörd nəfərin vəziyyəti kritik olub. Sonradan dəqiqləşdirilən məlumata görə, onların vəziyyəti sabitləşib.

Yaralılar arasında beş məktəbli və bir təhlükəsizlik əməkdaşı var. Polis əməkdaşları hücumda şübhəli bilinən məktəbli saxlayıb. İlkin məlumata əsasən, hücuma səbəb şagirdlər arasında baş vermiş mübahisə olub. Təhsil müəssisəsinin kampusu araşdırmanın aparılması üçün bağlanıb.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr