UEFA Konfrans Liqasında ilk yaşanıb.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, yarımfinalın "Şaxtyor Donetsk" - "Kristal Palas" matçında (1:3) turnir tarixinin ən sürətli qolu qeydə alınıb.
Arda Turanın komandası oyunun 21-ci saniyəsində seneqallı İsmaila Sarrın vurduğu qolla qapısından erkən qol buraxıb.
Beləliklə, Sarrın qolu 2021/22 mövsümündən bəri keçirilən Konfrans Liqası matçları tarixində ən sürətli qol olub.
Sarr bu mövsüm 38 oyunda iştirak edib, 18 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 7-də keçiriləcək.