AZ

Trampdan Starmerə maraqlı MƏSLƏHƏT

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə bağlı tənqidi fikirlər səsləndirib.

Redaktor.az "Sky News"a istinadən xəbər verir ki, Tramp bu barədə açıqlamasında danışıb.

Məlumata görə, o, Kir Starmeri şəxsən bəyəndiyini qeyd etsə də, Britaniya baş nazirinin immiqrasiya və enerji sahəsində “faciəvi səhv” etdiyini bildirib.

ABŞ Prezidenti həmçinin III Çarlzın səfərinin mövcud baş nazirlə münasibətləri yaxşılaşdıracağına şübhə ilə yanaşıb.

Tramp deyib: “Baş naziriniz III Çarlz kimi davranmağı öyrənməlidir, o zaman daha yaxşı nəticələr əldə edəcək”.

Qeyd olunub ki, bu açıqlama siyasi dairələrdə maraq doğurub.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
1
redaktor.az

2Mənbələr