AZ

Xəzər rayonunda Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olundu

Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.

30 aprel 2026-cı il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektoru, Xəzər Gənclər Evinin birgə təşkilatçılığı və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş gənclərin iştirakı ilə dəyirmi masa təşkil olundu.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra təşkilatçı və qonaqlar tədbir iştirakçılarını salamladı, Ulu Öndərin zəngin həyat yolu, çoxşaxəli iş fəaliyyəti, xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsi və Azərbaycan dövlətçiliyinin xilası yolunda danılmaz əməyi haqqında geniş nitqlər söyləndi. Sonda gənclər Ümummilli Liderlə bağlı fikir və düşüncələrini səsləndirdi, onları maraqlandıran suallar cavablandırıldı, xatirə şəkilləri çəkdirildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
yeniazerbaycan.com

1Mənbələr