AZ

FİFA tribunasında siyasi qarşıdurma - BU VİDEO gündəm oldu

Futbol diplomatiyası bu dəfə qalmaqallı səhnə ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, FIFA prezidenti Canni İnfantinonun İsrail və Fələstin nümayəndələrini bir araya gətirmək cəhdi gözlənilməz böhranla nəticələnib.

Hadisə Kanadanın Vankuver şəhərində keçirilən 76-cı FİFA Konqresi zamanı baş verib. İnfantino Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racub və İsrail Futbol Federasiyasının nümayəndəsini səhnəyə dəvət edərək simvolik əl sıxma təşkil etməyə çalışıb.

Racub isə bu çağırışı açıq şəkildə rədd edib. O, İsrail nümayəndəsi ilə eyni səhnədə görünməkdən imtina edərək tədbiri tərk edib. Mənbələrə görə, o, səhnədə İnfantino ilə qısa mübahisə də edib. Bu addım zalda gərgin atmosfer yaradıb və tədbirin axarını dəyişib.

Fələstin tərəfi bu qərarın siyasi və humanitar əsaslara söykəndiyini bildirib. Hadisə qısa müddətdə beynəlxalq mediada geniş rezonans doğurub və idmanın siyasətdən ayrı olub-olmaması məsələsini yenidən gündəmə gətirib.

İnfantino uzun müddətdir “futbol sülh üçün vasitədir” mesajını irəli sürsə də, onun xüsusilə İsrailə qarşı sanksiyalar məsələsində passiv mövqeyi tez-tez tənqid olunur. Bu son hadisə isə bəzi dairələr tərəfindən “məcburi diplomatiya” kimi qiymətləndirilib və FİFA rəhbərliyinin neytrallığı ilə bağlı sualları yenidən aktuallaşdırıb.

Fakt beynəlxalq idman ictimaiyyətində müzakirə olunmağa davam edir.

Musavat.com

Seçilən
69
musavat.com

1Mənbələr