UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində dünən öz meydanında "Aston Villa"nı 1:0 hesabı ilə məğlub edən "Nottingem Forest"in baş məşqçisi Vitor Pereyra matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Bu uşaqların baş məşqçisi olduğum üçün qürur duyuram. Onlar fantastikdirlər. Komandam döyüş ruhu nümayiş etdirdi, hamı bir-biri üçün mübarizə apardı. Bu bizim üçün böyük uğurdur.
"Aston Villa" çox güclü kollektivdir. Amma biz döyüşməyi bacardıq. Mənim uşaqlarım xüsusidirlər. İndi bir qədər bərpa olunub "Çelsi" ilə matça hazırlaşmalıyıq".
Tərəflərin cavab qarşılaşması mayın 7-də keçiriləcək.
Nihat