AZ

Tramp: Biz artıq İran üzərində qalib gəlmişik, amma daha böyük bir qələbə istəyirəm

Bakı, 1 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İran üzərində artıq qələbə əldə edildiyini, lakin bunun daha inandırıcı və böyük olmasını istədiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp bu fikirləri “Newsmax” telekanalına müsahibəsində səsləndirib.

“Biz artıq qalib gəlmişik, amma daha böyük bir qələbə istəyirəm”, — deyə o qeyd edib.

Amerika liderinin sözlərinə görə, ABŞ ordusu İranın Hərbi Dəniz və Hərbi Hava qüvvələrini, radar sistemlərini və rəhbərliyini məhv edib.

Tramp, həmçinin NATO-nu İslam Respublikasına qarşı hərbi əməliyyatlarda Vaşinqtona dəstək verməməkdə günahlandırıb.

Seçilən
152
azertag.az

1Mənbələr