AZ

BMT İran üzrə qaçqınlara ərzaq və pul yardımı edir

BMT-nin Dünya Qida Proqramı çərçivəsində İran üzrə qaçqınlara yardım göstərilir.

"Report" xəbər verir ki, bu barədə məlumat BMT-nin "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Dünya Qida Proqramı İranda həyati əhəmiyyətli ərzaq və pul yardımı təmin edərək bütün ölkə üzrə qaçqınlara dəstək göstərməyə davam edir", - paylaşımda bildirilib.

Qeyd edilib ki, əhalinin davam edən yerdəyişməsi səbəbindən humanitar vəziyyət pisləşdikcə, BMT əməkdaşları ailələrə əsas qida ehtiyaclarını qarşılamaqda kömək etmək üçün cavab tədbirləri üzrə səylərini genişləndirirlər.

Seçilən
71
far.az

1Mənbələr