AZ

BƏƏ vətəndaşlarına İran, Livan və İraqa səfərləri qadağan edib

Rəsmi qərar təhlükəsizlik səbəbləri ilə əlaqələndirilir...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata əsasən, ölkə vətəndaşlarına İran, Livan və İraq istiqamətində səfərlər qadağan edilib.

Qərarın regionda artan təhlükəsizlik riskləri və siyasi gərginliklərlə bağlı olduğu bildirilir. Rəsmi qurum vətəndaşları həmin ölkələrə səfər etməməyə və mövcud vəziyyətə həssas yanaşmağa çağırıb.

Xarici İşlər Nazirliyi qeyd edib ki, bu addım Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır və vəziyyətin inkişafına uyğun olaraq qərarlarda dəyişiklik ola bilər.

Analitiklər hesab edirlər ki, bu cür məhdudiyyətlər Yaxın Şərqdə mövcud gərginliyin region ölkələrinin daxili siyasətinə də təsir etdiyini göstərir və diplomatik risklərin artdığını təsdiqləyir.

Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr