AZ

9-cu çempion: "Sabah" - 18 ildə ilk

Premyer-liqada 2025/26 mövsümünün qalibi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, ölkə çempionunun adına sona 4 tur qalmış aydınlıq gəlib.

21-ci turdan təxirə salınan “Neftçi” – “Qarabağ” matçında 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisinin aktivində 59 xal qalıb. Bununla da 72 xala malik “Sabah” ən yaxın izləyicisi üçün əlçatmaz olub.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bununla da tarixində ilk dəfə Azərbaycan çempionu adını qazanıb. “Sabah” 1992-ci ildən keçirilən turnirin tarixinə 9-cu çempion kimi düşüb.

Cari mövsümə qədər 8 komanda bu titula sahib çıxıb. “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.

“Sabah” son 18 mövsümdə bu siyahıya düşən ilk komandadı. Premyer-liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməmişdi. “Sabah”a qədər sonuncu yeni çempion 2007/08 mövsümündə ilk titulunu əldə edən “İnter” olub.

Azərbaycan çempionları:
“Neftçi”
“Qarabağ”
1993/94. “Turan”
1994/95. “Kəpəz”
1995/96. “Neftçi”
1996/97. “Neftçi”
1997/98. “Kəpəz”
1998/99. “Kəpəz”
1999/2000. “Şəmkir”
2000/01. “Şəmkir”
2001/02. Yarımçıq qalıb
2002/03. Keçirilməyib
2003/04. “Neftçi”
2004/05. “Neftçi”
2005/06. “Bakı”
2006/07. “Xəzər Lənkəran”
2007/08. “İnter”
2008/09. “Bakı”
2009/10. “İnter”
2010/11. “Neftçi”
2011/12. “Neftçi”
2012/13. “Neftçi”
2013/14. “Qarabağ”
2014/15. “Qarabağ”
2015/16. “Qarabağ”
2016/17. “Qarabağ”
2017/18. “Qarabağ”
2018/19. “Qarabağ”
2019/20. “Qarabağ”
2020/21. “Neftçi”
2021/22. “Qarabağ”
2022/23. “Qarabağ”
2023/24. “Qarabağ”
2024/25. “Qarabağ”
2025/26. “Sabah”

Seçilən
42
4
football-plus.az

5Mənbələr