AZ

Çempionlar Liqasında həftənin oyunçusu - sman Dembele

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub.

Sportinfo.az xəbər verir ki, UEFA-nın yaydığı məlumata görə, PSJ-nin hücumçusu Usman Dembele həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.

O, digər namizəd “Atletiko”dan Antuan Qrizmannı geridə qoymağa nail olub.

Fransalı ulduz yarımfinal çərçivəsində "Bavariya"ya qarşı doğma meydanda keçirilən matçda (5:4) iki qol vurmaqla yanaşı, bir məhsuldar ötürmə ilə də yadda qalıb.

2025/2026-cı illər mövsümündə ümumilikdə 35 rəsmi matçda meydana çıxan Dembele 18 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Xatırladaq ki, PSJ və "Bavariya" arasında cavab qarşılaşması mayın 6-da Münhendə baş tutacaq.

Seçilən
36
39
sportinfo.az

10Mənbələr