ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın paytaxtı Madriddə keçirilən “MadCup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-10 komandası turnirdə çıxışını başa vurub.
Futbolpress.az xəbər verir ki, Savalan Əlizadənin baş məşqçisi olduğu komanda turnirin “Bürünc Liqası”nın final matçında Venesuelanın “Talentos Vinotintos” komandası ilə qarşılaşıb. Oyun rəqibin 4:2 hesablı qələbəsi ilə nəticələnib. Hər iki qola Nihad Həsənov imza atıb.
Bununla da, U-10 komandası “MadCup” turnirinin “Bürünc Liqası”nı ikinci pillədə başa vurub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.