AZ

Aİ Serbiyaya maliyyə yardımını DAYANDIRDI

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Avropa İttifaqı (Aİ) məhkəmə sistemindəki siyasətinə görə Serbiya üçün nəzərdə tutulan bütün ödənişləri dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə genişlənmə üzrə avrokomissar Marta Kos mətbuat konfransında bildirib.

«Hazırda inkişaf planı üzrə bütün ödənişləri dayandırmışıq, çünki məhkəmə sistemində yenidən geriləmə müşahidə olunur. Bu düzəldilməyənə qədər ölkə Aİ-nin maliyyə dəstəyini ala bilməyəcək», — deyə o qeyd edib.

Qeyd olunur ki, təşkilata üzv olmamasına baxmayaraq, Serbiyanın hüquqi islahatların aparılması üçün Aİ-dən qrant almaq hüququ var idi.

Bundan əvvəl Aİ-nin Rusiya ilə dostluq münasibətlərinə görə Serbiyanı 1,5 milyard avroluq maliyyədən məhrum etmək istədiyi barədə məlumat yayılmışdı. "Politico"nun məlumatına görə, məhz Moskva ilə dostluq Avropa Komissiyasının serblərə qarşı mövqeyinin sərtləşməsinə səbəb olub".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
1
redaktor.az

2Mənbələr