AZ

ABŞ də 75 gündən sonra Daxili Təhlükəsizlik Departamentinin maliyyələşməsi bərpa edilir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 30 aprel, AZƏRTAC

Uzunmüddətli şatdaundan sonra Nümayəndələr Palatası immiqrasiya nəzarəti əməliyyatları istisna olmaqla, Daxili Təhlükəsizlik Departamentinin böyük bir hissəsini maliyyələşdirməklə bağlı ikipartiyalı paketi təsdiqləyib.

AZƏRTAC-ın məlumatına görə, sənəd imzalamaq üçün Prezident Donald Trampa göndərilib və bununla da tarixdə ən uzun müddətli şatdauna son qoyulacaq.

Daha əvvəl Ağ Ev Nəqliyyat Təhlükəsizliyi Administrasiyasına və digər agentlik işçilərinə ödəmək üçün istifadə edilən müvəqqəti maliyyələşdirmənin tezliklə tükənəcəyini açıqlamışdı.

Qeyd edək ki, Daxili Təhlükəsizlik Departamenti 14 fevraldan bəri maliyyəsiz idi.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
2
azertag.az

3Mənbələr