AZ

“Fənərbağça”: Mert Hakan Yandaşla bağlı 12 aylıq futboldan kənarlaşdırma qərarı qəbulolunmazdır

Bakı, 30 aprel, AZƏRTAC

"Fənərbağça" komandasının kapitanı Mert Hakan Yandaşla bağlı Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi tərəfindən verilən 12 aylıq futboldan kənarlaşdırma qərarı klub tərəfindən qəbulolunmaz hesab edilib.

AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisinin yaydığı rəsmi açıqlamada bu qərarın hələ yekunlaşmamış cinayət işi əsas götürülərək verildiyi və futbolçu üçün ciddi, bərpası çətin nəticələrə səbəb ola biləcəyi bildirilib. Qeyd olunub ki, qərar hüquqa və ədalət prinsiplərinə ziddir.

Açıqlamada vurğulanıb ki, “Fənərbağça” klubu prosesin əvvəlindən etibarən hüququn universal prinsiplərinə, xüsusilə də günahsızlıq prezumpsiyasına sadiq qalıb. Klub bu qərarın ləğvi üçün TFF-nin Arbitraj Komitəsinə müraciət edəcəyini bildirib

Xatırladaq ki, futbolçu qanunsuz mərc oyunları ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılmışdı. Sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmiş və azadlığa buraxılmışdı. M.H.Yandaş ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirmiş və heç bir şəxsi qanunsuz mərc oyunlarına cəlb etmədiyini vurğulamışdı.

Seçilən
74
1
azertag.az

2Mənbələr