"Qiyamət günü radiosu" kimi tanınan UVB-76 radiostansiyası cümə axşamı növbəti sirli ismarışını yayımlayıb.
Publika.az xəbər verir ki, bu barədə "UVB-76 loqi" "Telegram" kanalı məlumat yayıb.
Moskva vaxtı ilə saat 18:58-də radiostansiyanın efirində "НЖТИ 93020 СЕКСОФАЙ 6745 7133" kodu səslənib. Bundan əvvəl, aprelin 25-də həmin radio "быкочерт" sözünü ötürmüşdü.
UVB-76 - 1970-ci illərdə yaradılmış hərbi radiostansiyadır. O, əsasən qısa və kəsik-kəsik vızıltı siqnalı yayımladığı üçün qeyri-rəsmi olaraq "Vızıltı" adını alıb. Bəzi məlumatlara görə, bu stansiya Soyuq müharibənin qızğın vaxtında SSRİ-də yaradılmış xüsusi sistemin hissəsidir və ehtimal olunur ki, Rusiya tərəfindən hələ də istifadə edilir.