AZ

Sumqayıtda beş min abonent SUSUZ QALACAQ

Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.

Publika.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsi məlumat yayıb.

Bildirilib ki, fasilə 41A, 42, 49 və 76-cı məhəllələri, həmçinin Yaşıldərə yaşayış massivinin bəzi hissələrini əhatə edəcək.

Seçilən
32
8
publika.az

10Mənbələr