ain.az, Olke.az portalına istinadən məlumat verir.
Meksikada itkin düşən qadın həmişə filtrli fotolardan istifadə etdiyi üçün onu tapmaq çətinləşib.
Ölkə.Az "The sun"a istinadla xəbər verir ki, 30 yaşlı Qresia Quadalupe Mendoza Orantes 12 apreldə silahlı qruplaşma tərəfindən qaçırılıb.
Hadisə şahidlərinin ifadələrindən sonra polis qadını tapmaq üçün genişmiqyaslı əməliyyat başladıb.
Axtarışlar zamanı qadının tapılması üçün istifadə edilən fotoların çoxunun onun sosial şəbəkə hesabından götürülən filtrli şəkillərfefesddxd olması problem yaradıb.
“Əlimizdəki fotolar qadının həqiqi görünüşündən o qədər fərqli idi ki, insanların yanından keçsə belə itkin düşən şəxsin Qresia olduğunu bilməyiblər”,- deyə polis söyləyib.
Axtarış qrupu bildirib ki, əgər qadının real fotolarından istifadə edilsəydi, onu 4 günə yox, daha tez tapmaq mümkün olardı.
Billurə





Bu gönderiyi Instagram'da gör
Ölkə Az (@olke.az)'in paylaştığı bir gönderi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.