AZ

Professordan kişilərə: O şirin sözlərin ünvanı siz deyilsiniz, pullarınız və imkanınızdır

Hüquq üzrə fəlsəfə doktoru, professor Fərhad Mehdiyev həyat yoldaşına xəyanət edən kişilərə müraciət edib.

Ölkə.Az xəbər verir ki, hüquqşünas evli kişilərlə münasibət qurub onlara bahalı maşın və ev aldıran qadınları “məhəbbət dələduzları” adlandırıb:

“Keçən il yanıma bir xanım gəlmişdi. Günün birinə ona başqa xanım zəng edərək  "Mənim ərimlə görüşən X xanım, indi sizin ərinizlə görüşdüyünü müəyyən etmişəm, ehtiyatlı olun" deyib. İnformator xanım bildirib ki, əri həmin xanıma bir avtomobil də almışdı. 

Bizim müştəri xanım başlayıb ərini busmağa və müəyyən edib ki, əri bəzi günlərdə naməlum evə gedir. Sonra ərinin məşuqəsi ilə telefon danışığını yazıb və anlayıb ki, əri həmin məşuqəsinə ilkin ödəniş etməklə kreditə ev götürüb (bu ara əri xanımına həmişə qənaətçil olmağa dəvət edirmiş). 

Daha sonra müəyyən olunub ki, məşuqənin şəhərdə daha əvvəldən sahib olduğu başqa bir evi də var, və əri həmin evin kreditlərini də ödəyir. Bu arada: məşuqə işləmir, amma malı-mülkü yerindədir. 

Sözün xülasəsi odur ki, fərəsətli bir xanım var və müəyyən etdiyim qədər yaxşı qazancı olan kişilərlə görüşüb onlara bahalı evlər, maşın aldırır.
İndiyə kimi sevgililərinə son model telefon aldıran çox görmüşəm, amma belə dələduzu görməmişəm. Yəni bir sevgiliyə ev, digərinə maşın, sonuncusuna bağ evi aldırır. "Moşennik" dediyimizin başqa forması”. 

F.Mehdiyev kişiləri bu cür qadınlara pul xərcləməməyə çağırıb:

“Bir sözüm də kişilərədir. Ailənizdən, övladınızdan kəsib, özlərini "elit" göstərib həqiqətdə seks işçilərindən fərqi olmayanlara bu qədər pul xərcləməyin. Sizə deyilən o şirin sözlərin ünvanı siz deyilsiniz, pullarınız və imkanınızdır. Çaşıb özünüzü Bred Pitt hesab etməyin, özünüzü istismara məruz qoymayın. 
Güclü və köklü ailələr, var-dövləti və sərvəti cəmləyən, sağa-sola səpələməyən ailələrdir”.

Billurə Yunus

Seçilən
49
1
olke.az

2Mənbələr