"Atletiko Madrid"in hücumçusu Xulian Alvares UEFA Çempionlar Liqasında Lionel Messidən daha yaxşı nəticəyə imza atıb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, argentinalı forvard bunu dünən Madriddə "Arsenal"la heç-heçə (1:1) etdikləri yarımfinal mərhələsinin ilk oyununda qol vurmaqla bacarıb.
Qitənin bir nömrəli klub turnirində 25-ci dəfə rəqib qapılarına yol tapan Xulian bu sayda qol həddinə bütün cənubi amarikalılardan daha tez çatıb. Alvares ÇL-də 25-ci qola 41-ci, Messi 42-ci oyununda sevinib.
O, həmçinin ÇL bir mövsümdə 10 qol vuran ilk "Atletiko"lu oyunçu adıan da yiyələnib.
Tərəflərin cavab qarşılaşması mayın 5-də baş tutacaq.
Toğrul