AZ

Maştağada parkın qarşısını niyə su basır? -Rəsmi CAVAB

Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində “Əzizin tini” adlı ərazi var və ərazi Heydər Əliyev adına park ilə üzbəüzdür. Həmin ərazidə yağış yağan zaman hədsiz pis vəziyyət yaranır. Ötən gün isə demək olar ki, çox az yağış yağmasına baxmayaraq həmin yol yenə pis gündədir. Sakinlər isə bildirirlər ki, həmin ərazi ətrafında 3 məktəb var. Yaranan vəziyyət isə ən çox məktəbliləri narahat edir.

Bəs həmin yolda vəziyyətin yaxşılaşdırılması üçün hansısa addımların atılmağı gözlənilirmi?

Redaktor.az məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, qeyd olunan ərazidə mərkəzləşmiş kanalizasiya və drenaj şəbəkəsi mövcud deyil:

"Hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra genişmiyqaslı layihələr icra olunur. Xidmətin mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədilə bir sıra layihələr hazırlanıb və tikinti quruculuq işləri aparılır. Sözügedən ərazidə də şəbəkənin qurulması mərhələli şəkildə həyata keçiriləcək".

Aytəkin TOFİQQIZI

22
Seçilən
60
1
redaktor.az

2Mənbələr