“Mançester Yunayted”in gənc ulduzu Kobbi Maynu karyerasını davam etdirəcək.
Publika.az xəbər verir ki, tərəflər müqaviləni 2031-ci ilin iyununa qədər uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçisi “Mançester Yunayted”in yetirməsidir. O, 6 yaşından klub sistemində çıxış edir.
“Mançester Yunayted” həmişə mənim evim olub, bu klub ailəm üçün hər şey deməkdir. Mən böyüyərkən klubumuzun şəhərimizə necə təsir etdiyini görmüşəm və bu formanı geyinməyin məsuliyyətindən zövq alıram”, – deyə Maynu bildirib.