AZ

MY "Milan"ın ulduzunu istəyir: Dəyiş-düyüş olacaq?

"Mançester Yunayted" "Milan"ın hücumçusu Rafael Leaonu transfer etməkdə maraqlıdır.

Publika.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

"Qırmızı şeytanlar" "rossoneri"yə futbolçu mübadiləsi təklif edə bilər. MY-dən Manuel Uqarte, Markus Reşford və Coşua Zirkze təklifə daxil edilə biləcək oyunçular siyahısındadır.

Bundan əlavə, İngiltərə klubu forvard üçün "Milan"a müəyyən məbləğdə pul kompensasiyası da ödəməyə hazırdır.

Qeyd edək ki, Rafael Leao 2019-cu ildə 49 milyon avro qarşılığında "Lill"dən "Milan"a transfer olunub. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.

Seçilən
29
publika.az

1Mənbələr