AZ

ABŞ Hörmüzdə gəmiçiliyi qorumaq üçün dəniz koalisiyası yaradır

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın rəhbərlik etdiyi yeni koalisiya məlumat paylaşacaq, diplomatik səyləri əlaqələndirəcək və sanksiyaları tətbiq edəcək

ABŞ Hörmüz boğazından gəmilərin maneəsiz keçidini bərpa etmək üçün digər ölkələri yeni beynəlxalq koalisiyaya qoşulmağa dəvət edib. AYNA.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal" Dövlət Departamentinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, "Dəniz Azadlığı Quruluşu adlandırılan təşəbbüs, səfirliklərə göndərilən Dövlət Departamentinin daxili məktubunda qeyd olunub və Amerika diplomatlarını xarici hökumətləri təşəbbüsə qoşulmağa çağırıb".

Məktuba görə, ABŞ-ın rəhbərlik etdiyi yeni koalisiya məlumat paylaşacaq, diplomatik səyləri əlaqələndirəcək və sanksiyaları tətbiq edəcək.

"Birlik nümayiş etdirmək, qətiyyət göstərmək və boğazdan tranzitə mane olduğuna görə İrana əhəmiyyətli xərclər tətbiq etmək üçün kollektiv fəaliyyət zəruridir", - deyə məktubda vurğulanıb.

Missiyanın Dövlət Departamenti və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən birgə başlaması gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
ayna.az

1Mənbələr