AZ

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib - Səbinə Əliyeva

Azərbaycanda ailə, qadın və uşaq məsələləri dövlət siyasətində mühüm yer tutur və ölkədə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə edilib.

Aznews.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva bu gün Bakıda “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər, habelə respublikanın müxtəlif bölgələrində, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri cəmiyyətin sosial rifahının və dayanıqlı inkişafının təmin olunmasına xidmət edir:

"Cari ildə Ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair, uşaqlar tərəfindən energetik içkilərin, habelə kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı araşdırmalar aparılıb, bu sahədə zəruri tədbirlərin görülməsi istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib.

Seçilən
36
1
aznews.az

2Mənbələr