AZ

Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim"

Gəncə şəhərində 42 yaşlı kişi eşitmə və nitq qabiliyyəti məhdud olan qıza əxlaqsız hərəkətlər edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə ötən il aprelin 22-də şəhərin Depo qəsəbəsində baş verib.

1984-cü il təvəllüdlü Fərid həmin gün saat 14 radələrində qəsəbədəki dostu və qonşusu Vəlinin evinə gəlib. O, evdə tək olan eşitmə və nitq qabiliyyəti məhdud olan Səidənin (adlar şərti verilib – red.) köməksiz vəziyyətindən istifadə edib, ona zorakılıq tətbiq edib.

Qıza dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, köynəyini boğaz nahiyəsinə qədər qaldıraraq intim hərəkətlər edib. Çarpayının üzərində üzüstə uzadaraq saçlarından tutub, zor tətbiq etməklə onu soyundurub, qeyri-təbii yolla cinsi əlaqədə olub.

Fəridin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

Seçilən
41
publika.az

1Mənbələr