ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Ermənistan Baş naziri Nikol Pashinyan Azərbaycanın baş nazir müavini Şahin Mustafayevin Ermənistana səfərini mühüm hadisə adlandırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Pashinyan hökumət iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
“Çox önəmli bir hadisə baş verdi. Mən bu səfəri tarixi hesab edirəm və bu, sülhün institusionallaşdırılması prosesinin məntiqinə uyğundur. Sevindirici haldır ki, biz bu nöqtəyə çatdıq”, – deyə o bildirib.
Erməni baş nazir həmçinin vurğulayıb ki, erməni–azərbaycan münasibətləri addım-addım yaxşılaşmalıdır.
Mustafayevin səfərinin məqsədlərindən birinin “300 min azərbaycanlının Ermənistana qayıtması” məsələsinin müzakirəsi olduğu barədə məlumatı təkzib edib. Pashinyan bildirib ki, belə bir məsələ yoxdur və heç vaxt İrəvanla Bakı arasında müzakirə mövzusu olmayıb. “Qeyd etmək istəyirəm ki, məlum olduğu kimi (8 avqust 2025-ci ildən etibarən) biz Azərbaycanla Qarabağ ermənilərinin, Bakı ermənilərinin və digər yerlərdən ermənilərin qayıtması məsələsini müzakirə etmirik, çünki hər iki istiqamətdəki müzakirələr təxribat xarakteri daşıyır”, – deyə Ermənistan hökumətinin rəhbəri bildirib.
Xəbər verildiyi kimi, 29 aprel tarixində Azərbaycan baş nazir müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Səfərin məqsədi Ermənistan və Azərbaycan arasında Dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın 13-cü iclasında və Azərbaycan–Ermənistan Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın iclasında iştirak etmək olub.
Xatirladaq ki, 8 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Pashinyan Bakı ilə İrəvan arasında sülhün təmin olunması və Azərbaycan əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. Bu layihəyə “Beynəlxalq sülh və tərəqqi üçün Tramp marşrutu” adı verilib.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.