AZ

Ayxan Abbasov "Şəfa"da? - Özü açıqladı

Mövsümün sonunda "Şamaxı"dan ayrılmağı qərarlaşdıran baş məşqçi Ayxan Abbasovun Premyer Liqaya vəsiqəni böyük ölçüdə həll edən "Şəfa"nın sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlər yayılıb. İddia olunur ki, paytaxt klubunun elitada da yerli futbolçularla oynamağa üstünlük verməsi yönündə siyasəti millinin çalışdırıcısının seçiminə təsir edib. 

44 yaşlı çalışdırıcı Fanat.Az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

"Açığı, mən də eşitmişəm. Amma ümumiyyətlə elə söhbət yoxdur. Nə mənimlə əlaqə saxlayan olub, nə müzakirə aparan. Yəni "Şəfa"nı çalışdıracağımla bağlı məsələ gündəmdə deyil". 

Qeyd edək ki, Ayxan Abbasov 2024-cü ildən "Şamaxı”nın baş məşqçisidir.  

Mirağa

Seçilən
22
1
fanat.az

2Mənbələr