AZ

Rusiya Dneprə hücum etdi: Ölənlər var

Rusiya ordusunun Dnepr şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə təşkil etdiyi hücum insan itkisi ilə nəticələnib.

Musavat.com xəbər verir ki, zərbələr nəticəsində bir nəfər həlak olub.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja hücumun şəhərin Dnepr rayonuna edildiyini bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar arasında vəziyyəti ağır olan 65 yaşlı kişi, həmçinin orta ağır vəziyyətdə olan 43 və 54 yaşlı qadınlar var. Daha bir 59 yaşlı kişiyə isə hadisə yerində tibbi yardım göstərilib.

Hücum nəticəsində ərazidəki mağaza və yaxınlıqda dayanan avtomobillər alova bürünüb. Hazırda xəsarət alanlarla bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr