AZ

Sumqayıt məktəblisi RFO nun dördqat qızıl medalçısı olub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 aprel, AZƏRTAC

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Davud Tarverdili respublika fənn olimpiadasında (RFO) riyaziyyat üzrə qızıl medala layiq görülüb.

Bu barədə AZƏRTAC-a regional idarədən məlumat verilib. Bildirilib ki, Davud artıq ardıcıl olaraq 4-cü dəfə riyaziyyat fənni üzrə RFO-da qızıl medala sahib çıxır. O, həmçinin buraxılış imtahanlarında 297 bal toplayaraq Sumqayıt şəhəri üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.

Davud Tarverdili, eyni zamanda, 42-ci Balkan Riyaziyyat Olimpiadası, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadası və Beynəlxalq Jautikov Olimpiadasının qalibi olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
azertag.az

3Mənbələr