Vaşinqtondan Berlinə yönəlik yeni mesaj gəlib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Almaniyada yerləşən ABŞ hərbi qüvvələrinin sayının azaldıla biləcəyini bildirib.
O, bu barədə "Truth Social" platformasında yazaraq qeyd edib ki, ABŞ Almaniyadakı hərbi kontingentin ixtisarını nəzərdən keçirir və qərar yaxın vaxtlarda qəbul oluna bilər.
Tramp əvvəlki paylaşımında isə Almaniya kansleri Fridrix Mertzi tənqid edərək bildirib ki, o, İranın nüvə silahına sahib olmasının mümkünlüyünü qəbul edərsə, “nədən danışdığını anlamır”. Trampın sözlərinə görə, belə bir vəziyyətdə “bütün dünya girov vəziyyətinə düşə bilər”. "Röyters" agentliyinin məlumatına görə, Avropadakı ABŞ hərbi qüvvələrinin yarıdan çoxu məhz Almaniyada yerləşir. Belə ki, Avropadakı ümumi 68 mindən çox amerikalı hərbçidən təxminən 36 400-ü Almaniya ərazisində xidmət edir.
Musavat.com