AZ

Kababdan sonra mədəmiz niyə AĞRIYIR? – SƏBƏB

Həkimlər kabab və digər yağlı ət yeməklərinin düzgün qəbul edilməməsinin həzm sistemində ciddi narahatlıqlara səbəb ola biləcəyini bildirir.

Far.Az mövzu ilə bağlı açıqlama verən dietoloq Elena Ustinova qeyd edib ki, kababdan sonra buzlu su və qazlı içkilərin qəbulu mədədə həzm prosesini ləngidir və ağrılara səbəb ola bilər.

Onun sözlərinə görə, soyuq içkilər mədədə turşuluğun azalmasına gətirib çıxarır və bu da ətin parçalanmasını çətinləşdirir. Eyni zamanda soyuq mayelər yağın bərkiməsinə səbəb ola bilər ki, bu da ağırlıq hissi və spazmlar yaradır.

Həkim xüsusilə qastrit, pankreatit və öd kisəsi problemi olan şəxslərə diqqətli olmağı tövsiyə edir. Bildirilir ki, bu qrup insanlar üçün soyuq içkilərlə yağlı qidaların birlikdə qəbulu kəskin ağrılara səbəb ola bilər.

Ustinova alternativ olaraq kababın isti və ya ilıq çayla qəbulunu daha düzgün hesab edir. Onun sözlərinə görə, bu, həzm prosesinə daha az yük salır.

Mütəxəssislər həmçinin yeməyin yaxşı çeynənilməsini və rasiona tərəvəzlərin əlavə olunmasını tövsiyə edirlər. Bu, həzmi asanlaşdırır və mədəyə düşən yükü azaldır.

Seçilən
73
1
far.az

2Mənbələr