“Baku Steel Company” QSC-nin 2026-cı ilin yanvar-mart ayları üzrə ixracı 19,9 milyon ABŞ dolları təşkil edib.
Marja.azı-n İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmal”larına istinadən xəbərinə görə, ötən ilin eyni dövründə “Baku Steel Company”nin ixrac göstəricisi 11,7 milyon ABŞ dolları olub.
Şirkətin ixracı illik müqayisədə 8,2 milyon ABŞ dolları və ya təxminən 70% artıb.