AZ

Ermənistanda Makron üçün milyonlar xərclənəcək

Ermənistan hakimiyyəti Fransa prezidenti Emmanuel Makronun mayın 5-də baş tutacaq dövlət səfəri və Avropa Siyasi Birliyinin sammitində iştirakı çərçivəsində Gümrüdə təşkil olunacaq konsertə təxminən 393 milyon dram (1 milyon dollardan çox) vəsait ayıracaq.

Musavat.com xəbər verir ki, bu barədə qərar Ermənistan Nazirlər Kabinetinin aprelin 30-da keçirilən iclasında qəbul edilib.

Xəbərdə qeyd olunur ki, ayrılan vəsait yüksək səviyyəli qonaqların qarşılanması və Gümrü şəhərində keçiriləcək mədəni tədbirin təşkilati işlərinə sərf olunacaq. Fransa liderinin səfəri hər iki ölkə arasındakı diplomatik əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr