“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali yay transfer pəncərəsində İtaliya A Seriyasına qayıtmağı planlaşdırmır.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir və daha iddialı kluba keçid variantlarını dəyərləndirir.
Tonali bu mövsüm 50 oyunda 3 qol və 7 məhsuldar ötürmə ilə çıxış edib.