AZ

"İnsan övladı üçün hər şeydən keçər"

Türkiyəli məşhur aktrisa Sinem Kobal “Empati” verilişində Ahmet Mümtaz Taylanın qonağı olub və səmimi açıqlamaları ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, Kenan İmirzalıoğlu ilə xoşbəxt evliliyindən iki qız övladı olan aktrisa, bu dəfə xüsusilə analıq təcrübəsinin onun həyatına və dünyagörüşünə necə təsir etdiyini geniş şəkildə bölüşüb.

Sinem Kobal verilişdə bildirib ki, ana olduqdan sonra prioritetləri tamamilə dəyişib və həyatına daha fərqli bir gözlə baxmağa başlayıb. Onun sözlərinə görə, övlad sahibi olmaq insanın iç dünyasında çox dərin dəyişikliklər yaradır və bir çox dəyər anlayışını yenidən formalaşdırır.

Aktrisa vurğulayıb ki, ana olduqdan sonra karyera və şəxsi həyatla bağlı qərarları da daha fərqli verməyə başlayıb. O, övladlarının onun üçün ən böyük motivasiya və həyatının ən dəyərli hissəsi olduğunu qeyd edib:

“İnsan övladı üçün hər şeydən imtina edə bilər. Ana olduqdan sonra həyatımdakı hər şey dəyişdi. İndi ən böyük mirasım övladımdır.”

Verilişdə həmçinin onun ailə həyatı və balans qurmaq mövzusunda yaşadığı hisslər də ön plana çıxıb. Kobal həm ana, həm də aktrisa olaraq özünü inkişaf etdirməyə çalışdığını, lakin övladlarının hər zaman birinci yerdə olduğunu ifadə edib.


Könül

Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr