Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İran Ali Lideri Mücitəbə Xameneinin baş hərbi müşaviri general Məhsin Rizayi bildirib ki, İran ABŞ tərəfindən dəniz blokadasının uzadılmasına dözməyəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Rizayi İranın dövlət televiziyası IRIB-ə müsahibəsində bildirib.
“Əgər blokada davam edərsə, İran cavab verəcək”, – deyə general qeyd edib.
Onun bu bəyanatı Vaşinqtonda İran limanlarına tətbiq olunan məhdudiyyətlərin genişləndirilməsi barədə müzakirələr aparıldığı vaxt səslənib. Mənbələr bildirir ki, bu qərar Tehran üzərində təzyiqi daha da artırmaqla bağlı ola bilər.
Rizayi həmçinin Ali Liderin vəziyyəti ilə bağlı yayılan şayiələri rədd edərək bildirib ki, o “gənc, sağlamdır və ölkə işlərini idarə edir”. Bu açıqlamalar rəhbərin uzun müddət ictimaiyyət qarşısına çıxmaması ilə bağlı gəzən şayələrə təkiz cavabı olaraq verilib.
Eyni zamanda, beynəlxalq gündəmdə İrandan yaxın günlərdə təqdim olunması mümkün yeni sülh təşəbbüsü müzakirə olunur. Mənbələrə görə, ABŞ Tehranın cavabını gözləyir və prezident Donald Tramp bildirib ki, Vaşinqtonun mövqeyi nüvə proqramı ilə bağlı şərtlərdən asılı olacaq.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.