AZ

Avtobus körpüdən çaya düşdü - Fransada

Fransanın Essonne departamenti ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı. az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, sərnişinlərlə dolu olan avtobus körpüdən çıxaraq Sena çayına düşüb. Qəza baş verən kimi hadisə yerinə xilasetmə və təcili yardım briqadaları cəlb olunub. Hazırda genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Rəsmi qurumlar zərərçəkənlərin sayı və onların vəziyyəti barədə hələlik dəqiq məlumat açıqlamayıb. Yerli hakimiyyət orqanları hadisənin səbəblərini araşdırır. İlkin ehtimallara görə, qəza sürücünün idarəetməni itirməsi və ya texniki nasazlıq nəticəsində baş verə bilər. Hadisə Fransada böyük narahatlıq doğurub və məsələ ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.

Aydın

Seçilən
51
bakivaxti.az

1Mənbələr