AZ

Putin və Tramp arasında 90 dəqiqəlik gizli sövdələşmə: "İrana girmə, məhv olarsan!"

Tanınmış hüquq müdafiəçisi, media hüququ üzrə mütəxəssis gündəmlə əlaqəli müəllif yazısı yazıb.

Musavat.com yazını olduğu kimi təqdim edir:

“Putin Trampa deyib:

Çəkin, İranda quru əməliyyatı etmə, bu, çox qorxuludur.

(Azərbaycan dilinin saflığını qoruyanlar deyəcək nədən “çəkin” yazmısan, “ehtiyatlı ol” yaz.)

Putini tanıyırsınız.

Trampı da.

Dünən telefonda danışıblar.

Putin Trampı çəkindirib.

Yəqin, deyib mən qələt eləyib bu zibilə girmişəm, sən girmə! Arxadaş kimi deyirəm sənə.

Putin deyib: "İrana yerüstü girsən çox əsgər itirəcəksən".

Arakçi gəlmişdi yanıma. Dedi Trampı çəkindir İrana girməkdən. Vuruşacağıq sonadək. Amerikalıları dənizə tökəcəyik.

İrana girsən, çoxlu dinc sakin öləcək.

İran dağılacaq. İran barıt çəlləyidir onsuz da. Neçə yerə parçalanacaq. İç savaş başlayacaq. Bir-birini qıracaqlar. Fars kürdü, kürd türkü, bəluc hamısını qıracaq.

Türklər ayrılmaq istəyəcək İrandan.

Kürdlər ayrılacaq.

Ərəblər ayrılacaq.

Bəluclar da.

Farslar isə buna dözməyəcək. Və İran keçmiş Yuqoslaviyaya dönəcək.

Suriyanı, İraqı yadına sal.

Qaçqınlar axacaq hər yerə.

Türkiyəyə, Qafqaza.

Və Avropaya.

İran bütün ətrafına dağıntı, qaçqın, aclıq, püskürəcək.

Etmə-eləmə!

Mən istəmirəm qonşumuzda bu problemlər olsun. Bu, anti-insani addımdır.

Qonşu ölkələr əziyyət çəkəcəklər.

Putin deyib ki, sən Ukraynaya baxma. İranlılar döyüşəndirlər.

Prezidentlər 90 dəqiqə danışıblar.

İran və Körfəz əsas mövzulardan biri olub. Arakçinin birbaşa Putinlə görüşə gəlməsinin bir səbəbi də bu olub. Putindən Trampa bəzi mesajlar verməsini və onu bəzi addımlardan çəkindirməsini istəyib.

Quruda hərbi əməliyyatlar gündəmdə var deməli. İran da, Rusiya da bundan bərk narahatdır.

Putin nə dərəcədə Trampı inandıra bilib, çəkindirə bilib, ya bilməyib, bunu bilmirik”.

Rəşid
Rəşid Hacılı, Hüquqşünas

Seçilən
65
musavat.com

1Mənbələr