AZ

Maliyyə Nazirliyinin kollegiyasının tərkibi dəyişdi

Azərbaycan Respublikası Nazirlər Kabineti Maliyyə Nazirliyinin kollegiyasının tərkibi ilə bağlı qərarında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli qərarının 1-ci hissəsi yeni redaksiyada verilib. Yeni qaydalara görə, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 15 nəfərdən ibarət müəyyənləşdirilib.

Qərara əsasən, kollegiyanın sədri Azərbaycan Respublikasının maliyyə naziri olacaq. Kollegiyanın tərkibinə maliyyə nazirinin birinci müavini, müavinləri, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, Nazirliyin Aparat rəhbərliyi və onun müavinləri, həmçinin tabeli qurumların rəhbərləri daxil edilib.

Belə ki, kollegiyada Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi, Dövlət Xəzinədarlıq Agentliyinin direktoru, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru, eləcə də Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru təmsil olunacaq.

Seçilən
17
8
teleqraf.com

4Mənbələr