Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 4,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Banco.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müqayisədə 0,1 milyon dollar və ya 2,5% çoxdur.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 64%-ni təşkil edib. 2025-ci ilin yanvar-mart aylarında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Bizi sosial şəbəkələrdən izləyin!!