AZ

Sergey Lavrov: İrana qarşı əməliyyatlar Xəzər dənizinə ciddi təsir göstərib

BAKI, 30 aprel. TELEQRAF

“ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Xəzər dənizinə ciddi təsir göstərib”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarının Xəzər dənizinə ən çox mənfi təsir göstərdiyini etiraf etməyə məcburuq”, - o bildirib.

Lavrov qeyd edib ki, Xəzər dənizi sülh və əməkdaşlıq zonası olaraq qalmalıdır.

Rusiya xarici işlər naziri ABŞ və İsrailin mart ayında İran Xəzər dənizindəki Ənzəli limanına hücumunu “qəbuledilməz” adlandırıb.

Seçilən
42
1
teleqraf.com

2Mənbələr