ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı onu əsasən Ukraynadakı müharibənin dayandırılması üzərində işləməyə çağırıb, İrana dair təşəbbüslər ikinci plandadır.
Bizimyol.info xəbər verir ki, Trampın sözlərinə görə, Putin ABŞ və Tehran arasında mümkün sazişin əsas mövzusu olan İranın zənginləşdirilmiş uran məsələsini həll etmək üçün təkliflər irəli sürüb. Lakin ABŞ prezidenti vurğulayıb ki, o, Kremlin müharibəni dayandırmaq istiqamətində ilkin addımlarını gözləyir.
“Dedim ki, “Mən daha çox istəyərdim ki, siz Ukraynaya qarşı müharibəni dayandırmaqda iştirak edəsiniz”. Mən bildirdim ki, mənə kömək etmədən əvvəl bu müharibəni dayandırmağınızı istəyirəm”, – deyə Tramp aprelin 29-da Putinə etdiyi danışığı belə xatırladıb.
Tramp öz sərt mövqeyini təsdiqləyib: İranla hər hansı saziş yalnız tam nüvə silahından imtina və zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi şərti ilə mümkündür. İran isə öz nüvə proqramının yalnız dinc məqsədli olduğunu bildirir və bu tələbləri rədd edir.
Kreml isə ABŞ və İsraildə İran əleyhinə mümkün hərbi əməliyyatlara qarşı xəbərdarlıq edib. Putinin köməkçisi Yuri Uşakov belə bir ssenarinin bütün dünya üçün “dağıdıcı nəticələr” doğuracağını bildirib.
Qeyd edək ki, Tramp dünən Ağ Evdə jurnalistlərə bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsində qısa müddətli atəşkəs ideyası ona aiddir. Kreml isə iddia edir ki, 9 mayadək atəşkəs təşəbbüsü Putinə məxsus olub.
Əvvəlki atəşkəs cəhdləri, xüsusən Pasxa bayramında, nəticəsiz qalıb: tərəflər bir-birini pozuntularda ittiham ediblər. Ukrayna Prezidenti Vladimir Zelenski isə daha əvvəl bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın addımlarına “güzgü effekti ilə” cavab verəcək.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.