AZ

Neft kəskin bahalaşıb

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

Dünya birjalarında neftin bahalaşması davam edir. AYNA.AZ xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 8,07 dollar artaraq 126,1 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 3,17 dollar artaraq 110,05 dollar təşkil edib.

Qeyd edək ki, bu göstərici ilə “Brent” və “Light” markalı neft son 4 illik maksimumu yeniləyib. Qiymətlərin belə kəskin artmasına isə ABŞ Prezidenti Donald Trampın ötən gün Hörmüz boğazı ilə bağlı səsləndirdiyi bəyanatı səbəb olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti də bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,43 ABŞ dolları və ya 5,55% artaraq 122,32 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 115,89 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
19
ayna.az

10Mənbələr