AZ

Türkiyənin Şanlıurfa vilayətindən Azərbaycana minlərlə ting göndərilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Ankara, 30 aprel, AZƏRTAC

Türkiyənin Şanlıurfa vilayətinin Meşə təsərrüfatı idarəsi Azərbaycana minlərlə ting göndərib.

AZƏRTAC xəbər verir ki, tingləri daşıyan iki yük maşını ödənişsiz əsaslarda “Ağıllı tinglik” Türkiyə-Azərbaycan layihəsi çərçivəsində ölkəmizə yola salınıb.

Həmin ağac tingləri arasında şam, badam, sərv, lavanda, yasəmən, püstə, sidr və digərləri var.

“Yaşıl” Vətən – bizim sevgimiz” devizi altında həyata keçirilən layihə iki qardaş ölkə arasında ətraf mühitin qorunması sahəsində dostluğu və əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
azertag.az

2Mənbələr