Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni beynəlxalq koalisiya yaratmaq üçün digər ölkələrə müraciət edib.
Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Bildirilir ki, ABŞ Dövlət Departamenti bu təşəbbüslə bağlı Amerika səfirliklərinə bildiriş göndərərək, diplomatlara xarici hökumətləri koalisiyaya qoşulmağa inandırmaq tapşırığı verib.
Mənbələrin məlumatına görə, Vaşinqtonun rəhbərlik etdiyi koalisiyanın əsas məqsədi iştirakçı ölkələr arasında məlumat mübadiləsini təmin etmək, diplomatik səyləri əlaqələndirmək və sanksiyaların tətbiqində əməkdaşlığı gücləndirmək olacaq.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.