Layihə çərçivəsində 9-11 sinifdən olan 30 şagird üçün Khan akademiya platforması üzrəindən 16 dərs keçirilir, təlimlərə başlamazdan öncə şagirdlərin bilik səviyyələrinə uyğun təlim proqramının qurulması üçün diaqnostik qiymətləndirmə keçirilmiş və bundan sonra təlimlərə başlanmışdır.
Təlimlər yekunlaşdıqdan sonra məktəbin biologiya müəllimləri ilə görüş keçirilərək təlim proqramı onlara ötürüləcək, həmçinin şagirdlər üçün yekun qiymətləndirmə keçiriləcəkdir.
Xatırladaq ki, “Biologiyada fərq yarat” layihəsi Bakı şəhər Akademik X.Yusifzadə adına 112 nömrəli tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Lətifə Mustafayeva tərəfindən icra olunur.











