Qlobal enerji bazarında gərginlik artır. Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxışı fonunda neft qiymətlərinin aşağı düşəcəyi gözləntiləri özünü doğrultmur.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, Donald Tramp bu addımı müsbət qiymətləndirib. ABŞ prezidenti bildirib ki, bu qərar benzin və neft qiymətlərinin azalmasına kömək edə bilər: “Düşünürəm ki, bu, əladır, qiymətlərin aşağı düşməsi üçün yaxşıdır”.
BƏƏ-nin təşkilatdan rəsmi çıxışı gələn ay planlaşdırılır. Bu qərar OPEC-in bazara təsir imkanlarını zəiflədə bilər. Lakin reallıq fərqlidir. Analitiklər Trampın fikirlərini təsdiqləmir. Əksinə, “Brent” markalı neftin qiyməti rekord həddə yüksəlib.
Mütəxəssislər bildirirlər ki, bahalaşmanın əsas səbəbi geosiyasi amillər və logistika problemləridir. Xüsusilə Hörmüz boğazı ətrafında yaranan vəziyyət bazarı birbaşa müəyyən edir.