AZ

"Prezident Kuboku 2026":Bu gün daha 9 mükafat öz sahibini tapacaq

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda daha 9 mükafat öz sahibini tapacaq.

Yarışın dördüncü günündə avarçəkənlər 500, 1000 və 1500 metr məsafələrə mübarizədə qüvvələrini sınayacaqlar. 

Xatırladaq ki, yarış aprelin 27-də ilk dəfə Sərsəng su anbarında start götürüb.

Ötən gün Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə Suqovuşanda 2008-2009 təvəllüdlü idmançılar arasında birnəfərlik kayakda 200 metr məsafəyə yarışda gümüş medal qazanıb.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. 

Reqata mayın 1-də başa çatacaq.

Seçilən
21
5
fanat.az

5Mənbələr